Akılbek Japarov Əli Əsədova zəng edib

Fevralın 16-da Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, A.Japarov Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər, həmçinin, Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.