Azərbaycan millisi Qazaxıstana yollanıb

Yunan-Roma güləşi üzrə 20 yaşadək gənclərdən ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, yığma bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına başlayıb.

Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edirlər.

Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13 Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.