Vanda terror aktı 

Türkiyənin Van vilayətinin Gevaş rayonu ərazisində PKK təşkilatının üzvləri tərəfindən terror aktı törədilib.

Qarovul dəstəsini daşıyan mikroavtobusun keçdiyi yolda əvvəlcədən basdırılmış əldədüzəltmə bombanın partladılması nəticəsində 4 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri bölgədə əlavə tədbirlər görməyə başlayıblar.