Bik Lum Prezident İlham Əliyevə təbrik məktubu göndərib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Bik Lum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Otuz ildən artıqdır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı köçkünlərlə bağlı məsələlərin həlli istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan Respublikası arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
2021-2025-ci illəri əhatə edən Çərçivə sənədinə uyğun olaraq, Ali Komissarlıq Azərbaycanın sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə töhfə verməyə və BMT-nin ölkə nümayəndəliyi daxilində Azərbaycan hökumətinə dəstək göstərməyə hazırdır.

Təşkilatımız, həmçinin qaçqınlar, köçkünlər və onlara ev sahibliyi edən icmalar da daxil olmaqla təsirə məruz qalmış qrupların BMT-nin bu il Bakıda keçiriləcək İqlim Dəyişikliyi Konfransında (COP29) fəal iştirak etmələri məqsədilə səlahiyyətləndirilməsinin təşviqini davam etdirmək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq etməyə hazırıdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".