Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Bu barədə Azərbaycanın XİN başçısı sosial şəbəkədə bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, – Ceyhun Bayramov qeyd edib.