Əli Əsədov Ümumdünya Buxara Yəhudiləri Konqresinin prezidenti ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Dünya Buxara Yəhudiləri Konqresinin prezidenti Lev Leviyev ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində ardıcıl siyasətin uğurla davam etdirildiyi vurğulanıb.

Qeyd olunub ki, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən, yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.