Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan-Türkiyə gündəliyi bir çox ölkələr üçün nümunədir

Azərbaycan-Gürcüstan-Türkiyə gündəliyi çoxşaxəlidir və bu, bir çox ölkələr üçün nümunədir. Bu üç ölkə arasında münasibətlərdə çox yüksək səviyyəli siyasi dialoqun şahidi oluruq.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu dialoqlar dövlət və hökumət başçıları tərəfindən dəstəklənir. Beynəlxalq platformalar çərçivəsində bir-birimizin dəstəklənməsi siyasi dialoqa töhfə verir.