NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.