Məhəmməd Əbdülsalam ilə Muxtar Babayev arasında görüş keçirilib

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

 
Qeyd edək ki, COP29 bu ilin noyabr ayında Bakıda keçiriləcək.