Zaxarova: Moskva Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin işini bərpa etməyə çağırır
Bakı ilə İrəvan arasındakı bütün ərazi mübahisələri və iddiaları yalnız Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində siyasi-diplomatik vasitələrlə həll edilməlidir. Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin dinamik fəaliyyətini bərpa etməyin vaxtı çoxdan çatıb. Tərəfdaşlarımızı siyasi iradə göstərməyə, Rusiyanın köməyi ilə ən çətin məsələlərə, o cümlədən sərhədlərin delimitasiyası, bölgədəki nəqliyyat-logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması üçün səmərəli həll yollarının axtarışına imkan verən formatlarda səmərəliliyini sübuta yetirən əlaqələri bərpa etməyə çağırırıq”, - deyə o qeyd edib.
M. Zaxarova, həmçinin vurğulayıb ki, tərəflərdən birinin güzəştlərinin məhdudlaşdırılması, digər tərəfin isə ünvanına təhdidlərin irəli sürülməsi ilə məşğul olan Avropa İttifaqından və ABŞ-dan fərqli olaraq Rusiya həmişə Cənubi Qafqazda davamlı sülhün və firavanlığın təmin edilməsi üçün mövcud fikir ayrılıqlarının kompleks şəkildə, kompromisli həllinin tərəfdarı olub. Təklifimiz danışıqlar masasında qalmaqda davam edir.//Azərtac