Qırğızıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Qırğız Respublikası ilə ölkəmiz arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin günbəgün daha da güclənməsinin və məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.