Tovuz istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter zərərsizləşdirilib

Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.