UNESCO İspaniyada yeni biosfer qoruqları yaradılmasını elan edib

UNESCO Parisdə qurumun “İnsan və biosfer” Proqramı çərçivəsində İspaniyada Valye-del-Kabriel və Alto-Turiya biosfer qoruqları yaradılmasını elan edib.

Yeni biosfer qoruqlarının yaradılması bioloji müxtəlifliyin qorunub saxlanmasına, sərvətlərin ənənəvi istifadəsi və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hər bir ərazinin yerli adətlərinə milli bağlılığı və 2030-cu ilədək gündəlikdə duran dayanıqlı inkişaf məqsədlərinə riayət edilməsini nəzərdə tutur.

İspaniyanın UNESCO-dakı səfiri Andres Perello deyib: “Biosfer qoruqlarına görə İspaniya dünyada birinci yeri tutur. Bu fakt ölkədə ekoloji siyasətin “fəaliyyət göstərməsinin” və ölkənin bu sahədə güclü olmasının təzahürüdür”.

İspaniya 52 biosfer ehtiyatına malikdir ki, bu da onun mühafizə edilən rayonların sayının çoxluğuna görə dünyada liderliyini təsdiqləyir. İspaniya biosfer qoruqları şəbəkəsi 6 milyon hektardan çox ərazini əhatə edir. Bu, ölkə ərazisinin 12 faizini təşkil edir və burada təqribən 2 milyon insan yaşayır.

Qeyd edək ki, biosfer qoruqları şəbəkəsi 123 ölkədə yerləşən 726 ərazidən ibarətdir.

 

Nigar Cəfərli