Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

Yaxın günlərdə Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər başlayacaq.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda keçiriləcək təlimlərdə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri ilə bağlı manevrlər həyata keçiriləcək.

Mayın 13-dən başlayacaq təlimlər 18-i yekunlaşacaq.