Avropa çempionatında iştirak edəcək Azərbaycanın bədii gimnastları bəlli olub

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın bədii gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından  verilən məlumata görə, turnirdə fərdi proqramda Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova qüvvəsini sınayacaq.

Qrup hərəkətləri proqramında Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda bacarığını nümayiş etdirəcək.

Yeniyetmələrin yarışında isə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı çıxış edəcəklər.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında ümumilikdə 302 idmançı mübarizə aparacaq. Turnir mayın 22-26-da təşkil olunacaq.