Beş ayda tarlalardan 155 min ton taxıl yığılıb

Respublikada yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. İyunun 1-nə kimi tarlalardan 155 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox taxıl yığılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 172,5 min ton (27,3 faiz çox) kartof, 247,4 min ton (14 faiz çox) tərəvəz, 16,6 min ton (26,7 faiz çox) meyvə və giləmeyvə, 321,4 ton (9 faiz az) yaşıl çay yarpağı yığılıb.