Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 17 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8455 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0527 manat, 1 Rusiya rublu 0.0187 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6160 manat olub.