4 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

4 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir sıra yerli KİV-də ananın övladlarını və özünü qəsdən zəhərləməsi ilə bağlı iddialar qeyd olunub.