"Atalanta" Avropa Liqasının qalibi olub 

UEFA Avropa Liqasının 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən finalda İtaliyanın "Atalanta" və Almaniyanın "Bayer" komandaları üz-üzə gəlib.

Görüş "Atalanta"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.