Prezident İlham Əliyev TDT-nin Şuşada keçirilən beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Yerveinsan.az-ın verdiyi xəbərə görə, məktubu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.