İngiltərə millisi turnirə qələbə ilə BAŞLAYIB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Turnirin favoritlərindən hesab edilən İngiltərə I turda Serbiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.