Dəniz sahilindən qum təbəqəsinin çıxarılması faktı aşkar edilib

Polis əməkdaşları digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində keçirilən tədbir zamanı yük avtomobili ilə dəniz sahilindən qum təbəqəsinin çıxarılması faktı aşkar edilib.

İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiyinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.