Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib

Ukrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib.

 "TASS"ın verdiyi məlumata görə, bunu Ukrayna nümayəndə heyətinin üzvlərində biri deyib.

Nümayəndə heyətinin rəhbəri Vladimir Aryev bildirib ki, Ukraynanın gələcəkdə AŞPA-da olması məsələsinə iyulun 21-i keçiriləcək növbədənkənar seçkilər nəticəsində seçilərəck Ali Radanın yeni tərkibi qərar verəcək.

 
Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, AŞPA-nın yay sessiyasını Ukrayna ilə yanaşı Estoniya, Latviya, Litva, Gürcüstan nümayəndə heyətləri və Polşa nümayəndə heyətinin bir hissəsi tərk edirlər.