Pentaqon: Türkiyə S-400 komplekslərini aldığı təqdirdə F-35 qırıcılarına sahib ola bilməyəcək

Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək.

Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib.

Nümayəndə qeyd edib: "Liderlər arasında səmimi söhbət olub. Söhbət zamanı M.Esper bir daha təkrar edib ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alması F-35 proqramına ziddiyyətlidir və Türkiyəyə həm S-400-ü, həm də F-35-ləri əldə etmək imkanı verilməyəcək".

 
Onun sözlərinə görə, tərəflər, həmçinin Suriya, regional stabillik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.