Türkiyə ordusunun hərbçisi Suriya ərazisində şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya ərazisində anti-terror əməliyyatı həyata keçirən bölüyü hücuma məruz qalıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Məlumata əsasən, TSK-nın İdlibdəki 10 saylı müşahidə məntəqəsi Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrdən top atəşinə tutulub.

Yerli KİV-lərin məlumatına görə, atəş nəticəsində Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üçü xəsarət alıb.