Altı ölkə İranla bağlı bəyanat verdi

Altı dövlət İranla bağlı ortaq açıqlama ilə çıxış edib.

İspaniya, Avstriya, Belçika, Hollandiya, İsveç və Sloveniya "Ortaq əməkdaşlıq planı”nın qorunmasının regionun istiqlalı üçün böyük əhəmiyyət daşıdığını bəyan edib.

Bu ölkələr İranla imzalanan "Ortaq əməkdaşlıq planı”nın qorunub saxlanmasına tərəf olduğunu açıqlayıblar.

Avropa Birliyinin 6 ölkəsinin ortaq açıqlamasında İranla imzalanan və BMT Təhlükəsizlik Şurasında səs birliyi ilə qəbul olunan sənədin bölgənin sabitliyi üçün əsas faktor olduğuna diqqət çəkilir./teleqraf