Baş nazir Əli Əsədov Belarusa rəsmi səfərə gedib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə oktyabrın 2-də Minskə rəsmi səfər edib.
Yerveinsan.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Minsk Milli Aeroportunda Azərbaycanın Baş nazirini Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk və digər rəsmi şəxslər qarşılayıblar.