Şəhər günlərinin qeyd edilməsi bizim üçün qürurvericidir - Sadiq Qurbanov

Şəhər günlərinin qeyd edilməsi bizim üçün qürurvericidir.

Yerveinsan.az bildirir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsini sədri Sadiq Qurbanov 4 oktyabr Cəbrayıl şəhəri günün qeyd edilməsinə münasibət bildirərkən qeyd edib. O, bildirb ki, 30 il ərzində biz kədərlə işğal günlərini qeyd edirdik lakin indi yeni tarixi şəraitdə Azərbaycan xalqının iradəsi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərkərdəliyi sayəsində işğaldan azad edilmiş şəhərlərimizə aid günləri qeyd edirik. Əlbəttə bu qürurvericidir. Tariximiz zəfər tarixinə çevrilmişdir. Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu öz füsunkar gözəlliyi, flora və faunası ilə Azərbaycanda özünəməxsus yer tutan bir rayondur. Cəbrayıl rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin 9 dəfə oraya səfər etməsi burada gedən quruculuq işlərinin sürətlənməsinə səbəb olub. Xüsusilə qeyd etməliyik ki, Cəbrayıl rayonu bərpa olunan enerji siyasətinin həyata keçirilməsində böyük rola malikdir. Biz Cəbrayılın tezliklə infrastrukturunun formalaşacağına əhalinin öz doğma yurdlarına qayıdacağına inanırıq.