Baş nazir Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un əhəmiyyəti vurğulandı. Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.