Rus xüsusi təyinatlısını öldürmüş erməni axtarışa verildi

Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlısı Nikita Belyankini öldürmüş erməni Oqanes Ayrapetyan beynəlxalq axtarışa verilib.

“Komsomolskaya Pravda” qəzeti yazır ki, hüquq-mühafizə orqanları iyunun 1-də Moskva bölgəsində kütləvi davanın iştirakçısı olan üç erməni qardaşdan biri olan O.Ayrapetyanı hələ də tapa bilmir.

11 erməni və iki rusun iştirak etdiyi davaya təsadüfən yoldan keçən 24 yaşlı N.Belyankin müdaxilə edib. O, ürək nahiyəsinə endirilmiş bıçaq zərbəsindən ölüb.