Pakistanın Baş naziri Azərbaycana səfər edəcək
Pakistanın baş naziri Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana rəsmi səfərlər edəcək.
Bu barədə “TheNews” nəşri məlumat yayıb.
Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.
"Məlumatlı mənbələrin sözlərinə görə, səfər çərçivəsində Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş imzalamağı planlaşdırır", - nəşr vurğulayıb.