Türkiyədə TERROR - Partlayışda ölənlər və yaralananlar var

Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış vilayətin Reyhanlı rayonunda qeydə alınıb.

Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.

Ölənlər arasında 3 nəfər Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 Suriya vətəndaşının isə yaralandığı qeyd edilir.

 
Partlayışla bağlı danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.