Əminə Əliyeva dünya çempionu olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva kunq-fu üzrə dünya çempionatına uğurla çıxış edib.
Azərbaycan Kunq-Fu Federasiyasından verilən məlumata görə, milli komandanın 11 yaşlı üzvü Əminə Əliyeva İtaliyanın Peruca şəhərində təşkil edilən turnirdə ölkəmizi layiqincə təmsil edib və dünya çempionu olub.