Ərdoğan və Tramp Hollandiyada görüşüblər

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nin Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

Bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.