“Amerikanın səsi” radiostansiyasının ləğvi praktiki olaraq tamamlanıb

“Amerikanın səsi” radiostansiyasını idarə edən ABŞ Qlobal Media Agentliyi 1942-ci ildə əsası qoyulan media orqanının ləğvi proqramını, demək olar, başa çatdırıb.

 “Reuters” agentliyinin məlumatına görə, yayım şəbəkəsinin daha 639 əməkdaşına işdən çıxarıldıqları barədə bildiriş göndərdilib. Bununla da “Amerikanın səsi” radiostansiyasının əməkdaşlarının 85 faizinin planlaşdırılan ixtisarı prosesi tamamlanıb. Ümumilikdə isə Donald Trampın dövlət aparatının ixtisarına dair proqramı çərçivəsində media orqanlarında təxminən 1400 əməkdaş ixtisar edilib. Agentliyin özündə yalnız qanunla nəzərdə tutulan minimum işçi - 81 nəfər, “Amerikanın səsi” radiostansiyasında isə təxminən 100 nəfər işləyəcək. Ekspertlərin fikrincə, ixtisarlar dalğası çox güman ki, radiostansiyanın sonuna gətirib çıxaracaq.

Qeyd edək ki, bir müddət öncə yayım şəbəkəsinin ABŞ Prezidenti Donald Trampın siyasətini dəstəkləyən “One America News Network” telekanalının məzmununun retranslyatoru kimi fəaliyyətini davam etdirəcəyi deyilirdi.//Azərtac