Tramp İran-İsrail arasında atəşkəsin müddətindən danışıb

İsraillə İran arasında atəşkəs əbədi davam edəcək.
“NBC News” telekanalı xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Düşünürəm ki, İran və İsrail arasında atəşkəs müddətsiz olacaq. O, əbədi davam edəcək”, - deyə Ağ Ev rəhbəri deyib.
Jurnalistlər İsrail və İran arasında hərbi əməliyyatların başa çatıb-çatmadığını öyrənməyə çalışıblar. Tramp bu suala müsbət cavab verib. Onun fikrinə görə, İran və İsrail “bir daha bir-birlərinə hücum etməyəcəklər”.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-d ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.//Trend