Türkiyə və Azərbaycanda dağ-mədən sənayesinin perspektivləri ətrafında geniş müzakirələr aparılıb - FOTO

Türkiyədə səfərdə olan texniki elmlər üzrə fəlsəfə doktoru, “Yer və İnsan” jurnalının baş redaktoru Azər Şükürovun Türkiyə Cümhuriyyətinin keçmiş Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldızla görüşü baş tutub. Görüş zamanı Türkiyə və Azərbaycanda, Orta Asiyada, ümumiyyətlə türk dövlətlərində dağ-mədən sənayesinin mövcud durumu, potensialı və perspektivləri ətrafında geniş müzakirələr aparılıb.  

Görüşün sonunda Azər Şükürov müəllifi olduğu "Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabını Taner Yıldıza hədiyyə edib. Türkiyəli siyasətçi kitabı yüksək qiymətləndirib və Azərbaycanın dağ-mədən sənayesinin öyrənilməsi baxımından qiymətli mənbə kimi dəyərləndirib.
 

 

Fotosessiya