“Qasımbəyli” qum-çınqıl yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən yer təkindən istifadə ilə bağlı 28 avqust tarixində hərrac keçiriləcək.

Bu barədə Dövlət Xidməti xəbər verir.

 Məlumata görə, Ağsu rayonu “Qasımbəyli” qum-çınqıl yatağı hərraca çıxarılacaq. 29 hektar ərazidə 580 min kubmetr sahəni əhatə edən yatağın başlanğıc qiyməti 58 min manat dəyərində müəyyənləşib.

Qeyd edilib ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.