Varşava: Polşa və NATO hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır

Polşa və NATO zərurət yarandıqda hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə TVN24 telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, hər bir qərar konkret vəziyyətin dəyərləndirilməsindən sonra komandirlər və pilotlar tərəfindən qəbul olunacaq.
Nazir son 48 saat ərzində Almaniya və Norveç də daxil olmaqla, 10-dan çox ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığını bildirib.
“Ortaq mövqe aydındır. Bütün təhdidlərə cavab vermək, çəkindirmək və cəsarətli qərarlar qəbul etmək vaxtıdır. NATO-nun ali komandanlığı bizdən məhz bunu tələb edir”, – deyə Vladislav Kosinyak-Kamış vurğulayıb.//Azərtac