Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurub

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.
Son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.
Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.
Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.