ABŞ ordusu İrana məxsus PUA-nı vurub

ABŞ donanmasının heyəti İranın Pilotsuz Uçan Aparatına (PUA) atəş açıb.

Bu barədə ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

 
Dövlət başçısının sözlərinə görə, ABŞ dənizçiləri gəmiyə yaxınlaşan İrana məxsus pilotsuz aparatı özlərini müdafiə etmək məqsədilə vurub. 

Trampın sözlərinə görə, atəş nəticəsində PUA dərhal sıradan çıxarılıb.