Kitabxanada “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən rəsm müsabiqəsinə yekun vuruldu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən rəsm müsabiqəsinə yekun vuruldu.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova tədbir iştirakçılarını salamladı və bildirdi ki, 2025-ci ildə “Uşaq hüquqları haqqında” Konvensiyanın qüvvəyə minməsinin 35 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” elan edilmişdir. O qeyd etdi ki, “Uşaq Hüquqları Aylığı”nın əsas məqsədi uşaqların öz hüquq və vəzifələrini bilmələri və qorumalarıdır. Ölkəmizdə uşaqların təhlükəsiz, sağlam və öz potensialını reallaşdırmaqları üçün gözəl şərait yaradılıb. L.Məmmədova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın uşaqların hüquqlarının qorunması istiqamətində gördüyü işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
225 №-li tam orta məktəbin direktor müavini, “Kiçik Akademiya”nın rəhbəri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zenfira Nusalova belə müsabiqələri, tədbirləri təşkil etdiyi üçün Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovaya təşəkkürünü bildirdi.
Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova müsabiqənin iştirakçılarına təşəkkür etdi.
Kitabxanada “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən rəsm müsabiqəsində I və II yerə T.Abbasov adına 225 №-li tam orta məktəbin şagirdləri, “Kiçik Akademiya”nın üzvləri Leyla Cəfərova və Aylin Rüstəmli, III yerə 53 №-li tam orta məktəbin şagirdi Ələsgər Ağaşov layiq görülmüş və onlara kitabxananın Fəxri fəmanları təqdim edilmişdir.
Müsabiqədə fəal iştirak etdiklərinə görə 225 №-li tam orta məktəbin şagirdi, “Kiçik Akademiya”nın üzvü Fatimə Allahverdiyeva Təşəkkürnaməyə layiq görülmüş, 225 №-li tam orta məktəbin şagirdləri, “Kiçik Akademiya”nın üzvləri Samirə Əhədova, Aişə Babazadə və 147 №-li Texniki və Humanitar Fənlər Liseyinin şagirdi Leyla Səidli Təşəkkür məktubu ilə təltif edilmişdilər.
Mərkəzi Kitabxanada müsabiqə qaliblərinin rəsm sərgisi təşkil olundu.

