Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər

Bu gün Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant "Stena Impero" neft tankerinin saxlanılması ilə əlaqədar İrana qarşı bir sıra diplomatik və iqtisadi sanksiyaları elan edə bilər.

Bu barədə "Telegraph" qəzeti məlumat yayıb.

Bu sıraya İran aktivlərinin dondurulması da daxildir. London Avropa İttifaqı və BMT-ni 2016-cı ildə nüvə razılaşması ilə əlaqədar ləğv edilən sanksiyaları yenidən bərpa etməyə də çağıra bilər.

 
"Telegraph" yazıb ki, dünən Böyük Britaniya Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclas Fars körfəzində yaşanan gərginliyə həsr edilib.