Mərkəzi Bank: İlin sonuna inflyasiyanın 4 faiz olacağı gözlənilir

Cari ilin sonuna Azərbaycanda inflyasiyanın 4 faiz olacağı gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov iyulun 26-da keçirdiyi mətbuat konfransında deyib.

Mərkəzi Bankın sədri bu göstəricinin artacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyini bildirib.