Azərbaycan Müdafiə Nazirliyi: İrandan Türkiyə ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik
İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
"Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik", - deyə nazirlik bildiribi.

