Sadiq Qurbanov: “31 mart soyqırımı xalqımızı qarşı törədilən insanlıq əlehinə cinayətdir!”
Sadiq Qurbanov: “31 mart soyqırımı xalqımızı qarşı törədilən insanlıq əlehinə cinayətdir!”
Bu sözləri Milli Məclisin Təbii ehtiatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov 31 mart soyqırımına münasibət bildirərəkən saytımıza açıqlamasında deyib.O bildirib ki, 31 mart soyqırımı xalqımızı qarşı törədilən insanlıq əlehinə cinayətdir. Bu tarixi cinayəti daha dərindən anlamaq üçün Ulu Öndərin bu cinayət aktına qiymət verərkən söylədiyi aşağıdakı fikirlər çox mühümdür. Ümummili Lider Heydər Əliyev: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

