Ukrayna Prezidenti Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 7-8-də Türkiyəyə işgüzar səfər edəcək.

Yerveinsan.az Ukrayna Prezidentinin saytına istinadla xəbər verir ki, Ankaraya səfər çərçivəsində Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli münasibətlərin inkişafına dair müzakirələr aparacaq.

Zelenski, həmçinin Ukrayna və Krım tatarları cəmiyyətində görüş keçirəcək.