ABŞ-ın Rusiyadakı səfiri istefa verdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa verib.

Səfir istefa barədə müraciətini ABŞ prezidenti Donald Trampa göndərib.

Hantsman 2019-cu ilin 3 oktyabr tarixində səfir postunu tərk edəcək.


“Mən xarici siyasətimizin hədəfinə kifayət qədər diqqət ayrılacağını təmin edən səlahiyyətlərimi rahat təhvil vermək üçün səy göstərəcəyəm”, - deyə səfir müraciətində bildirib.

Hantsman 2017-ci ilin oktyabr ayından Rusiyada ABŞ-ın səfiridr.

Ehtimal edilir ki, o, Yuta ştatı qubernatoru postu uğrunda keçiriləcək seçkilərdə yenidən gücünü sınayacaq. O, 2005-2009-cu illər arasında bu postu tutub.