Maduro ABŞ-la dialoqa hazır olduğunu bəyan etdi 

Venesuela ABŞ-la dialoqa hazırdır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro Amerika jurnalisti Maks Blyumentalyuya müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin yeni xarakteri üçün ümid var.

"Mən prezident Donald Trampa deyirəm: əgər hansısa bir gündə, bu gün və ya gələcəkdə dialoq üçün imkan yaranacaqsa, mən əlimi uzatmağa hazır olacağam…”, - Maduro bildirib.

Xatırladaq ki, avqustun 5-də ABŞ prezidenti Donald Tramp Venesuela hakimiyyətinin ABŞ-ın yurisdiksiyasında olan aktivlərinin dondurulması haqqında fərman imzalayıb. Siyahıya ölkənin Mərkəzi Bankı və Dövlət Neft Şirkəti (PDVSA) də daxil edilib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də kütləvi etirazlardan sonra parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə pisləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Rusiya, İran, Türkiyə və bir sıra başqa dövlətlər Maduroya dəstəyini elan ediblər.

publika.az