"Yuventus" Dibalanı "Tottenhem"ə satmağa razı oldu

İngiltərənin "Tottenhem" klubu Paulo Dibalanın transferi üçün "Yuventus"a 70 milyon avro təklif edib.

Turin təmsilçisi londonluların təklifini qəbul edib. Məlumata görə, transferdə son sözü futbolçu deyəcək. 25 yaşlı futbolçu da razı olsa, keçid rəsmiləşəcək.

 

Dibala daha öncə "Mançester Yunayted"ə keçməkdən imtina etmişdi.

 

"Yuventus" Argentina millisinin üzvünü 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer etmişdi.